Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Yeni dövr peşə təhsili – təhsil və iqtisadiyyatın vəhdəti” mövzusunda görüş təşkil olunub. ATMİA-nın aktiv iştirak etdiyi həmin görüşdə özəl sektor və peşə təhsili müəssisələri arasında əlaqələrin gücləndirilməsi, bu istiqamətdə dövlət-özəl tərəfdaşlığının tətbiqi məsələləri müzakirə edilmişdir.
Görüşdə Şahmar Mövsümov - Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Emin Əmrullayev - Azərbaycan Respublikasının elm və təhsil naziri, Sahil Babayev - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, Orxan Məmmədov - Azərbaycan Respublikası Kiçik va Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri və Məmməd Musayev - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti iştirak etdilər.
ATMİA-ya üzv olmaq üçün: