Dəyərli izləyicilər,
Bu gün Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) tərəfindən Assosiasiya üzvlərinin iştirakı ilə işgüzar səhər yeməyi təşkil olundu.
Tədbir ATMİA-nın Baş katibi Kəmalə İsgəndərovanın salamlama nitqi ilə açıldı. Baş Katib Assosiasiyanın son dövrlərdə həyata keçirdiyi fəaliyyətlər və yaxın müddət üçün planlaşdırılan məsələlər barədə məlumat verərək, üzvlərlə birgə əməkdaşlığın daha da genişlənəcəyi mövzusunda iştirakçıları məlumatlandırdı.
Görüş çərçivəsində bir sıra şirkətlərə ATMİA üzvlük sertifikatları təqdim olundu və növbəti işgüzar təşəbbüslər istiqamətində planlar müzakirə edildi.
ATMİA olaraq tədbirdə iştirak edən bütün üzvlərimizə və tərəfdaşlarımıza təşəkkür edirik. Qarşıdakı dövrdə birlikdə daha məhsuldar və güclü əməkdaşlıqlar qurmağa davam edəcəyik.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az
 
         
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                  