OMAX Sənaye Qrupunda ATMİA üzvləri ilə görüş.
18 avqust tarixində "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası" (ATMİA) üzvü olan bir neçə şirkətlə "OMAX Sənaye Qrupu"nun istehsal müəssisəsində görüş keçirildi.
Müəssisənin fəaliyyəti ilə tanışlıq məqsədi daşıyan görüşdə ATMİA üzvləri və OMAX Sənaye Qrupu arasında gələcək əməkdaşlıqlar barədə müzakirələr aparıldı.
Qeyd edək ki, "Omax Sənaye Qrupu" MMC 2017-ildən Azərbaycanda boru-profil, metal konstruksiya emalı və tikinti sektorunda fəaliyyət göstərir.
+994502653634