Bu gün *ATMİA Daşçılar Komitəsi*-nin rəhbərliyi ilə Assosiasiyanın katiblik ofisində komitə rəhbəri Daşqın Məmmədov tərəfindən Səudiyyə Ərəbistanı Krallığından olan növbəti qonaq qəbul edilmişdir. Görüş zamanı qarşılıqlı əməkdaşlıq perspektivləri, eləcə də 2 ölkə sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.
