Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) olaraq Sizi doğum gününüz münasibətilə təbrik edir, dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsi, milli maraqlarımızın qorunması, xalqımızın rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyiniz işlərdə uğurlar arzulayırıq.
Sizin əzmkarlığınız və qətiyyətinizlə qazandığımız zəfərlə Azərbaycan dünya miqyasında qalib xalq, məğlubedilməz dövlət kimi özünü bir daha təsdiqlədi. Bu gün ölkəmizin beynəlxalq nüfuzu durmadan artır, xalqımız sabaha daha böyük inamla addımlayır.
Hər zaman xalq sevgisi, dövlətimizin qüdrəti və tarixi qələbələrin işiğı yolunuzu aydınlatsın.
Doğum gününüz mübarək Cənab Prezident.