23 avqust 2024-cü il tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində Dəyirmi Masa keçirilib. ATMİA sədri, Mətanət A şirkətlər qrupunun Müşahidə Şurasının sədri cənab Elxan Bəşirov Dəyirmi Masada iştirak edib və hər 2 ölkə prezidenti qarşısında inşaat materialları sektorunun potensial inkişaf imkanları haqda çıxış edib. Daha sonra Özbəkistanın Qaşqadərya Vilayətində Mətanət A Şirkətlər qrupuna aid Gips və Gipskarton məhsulları zavodunun təməl atma prosesi baş tutub. Cənab sədri təbrik edir və işlərində yeni uğurlar arzulayırıq!