Dəyərli izləyicilər,
“Bakı Engineering Supplies Ltd” şirkətinin rəhbəri Kamran Mehdi-zadəyə növbəti 2025-2026 dövr üçün ATMİA-nın tam hüquqlu üzv adını təsdiq edən sertifikat təqdim edilmişdir. ATMİA-da baş tutan görüş zamanı planlaşdırılan layihələr çərçivəsində qarşılıqlı səmərəli fəaliyyət imkanları müzakirə edilib.
2009-cu ildən bu günə kimi “Bakı Engineering Supplies Ltd” MMC neft və qaz, yanacaq-energetika sənayesi, inşaat sektoru və sənayenin ümumi sahələri üzrə fəaliyyət göstərən müəssisə və qurumlara müasir tələblərə cavab verən məhsulların təchizatı üçün xidmətlər təklif edir.Təchiz edilən məhsullar: sənaye klapanı, boru avadanlığı, stellaj avadanlığı, torpaqlama məhsulları, borular, kimyəvi alətlər, qaldırıcı, qısqaclar, təhlükəsizlik məhsulları, yağlama avadanlığı, qaz sistemləri, neft avadanlıqları və tikintiyə aid sair məhsullardan ibarətdir.
Üzvümüz barədə daha ətraflı: https://bakuengineering.com/
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az