14 noyabr tarixində İqtisadiyyat Nazirinin müavini cənab Ənvər Axundov, B.Ə.Ə ölkəmizdəki səfiri, ATMİA Fəxri üzvü cənab Məhəmməd Murad Əl Bluşi, Dubay Əmirliyi hökümət rəsmiləri və ATMİA üzvlərinin iştirakı ilə COP29 tədbiri olan "Ekoloji hədəflər - Dubay 2050" biznes forumu keçirilib.
Forum zamanı baş tutan müzakirələrdə və görüşlərdə iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi, biznesdə ekoloji cəhətdən innovativ həllər mövzularına toxunulmuş, mühüm biznes əlaqələri qurulmuşdur.
Tədbirdə iştirak edən ATMİA üzvlərinə təşəkkür edir, yeni uğurlar arzulayırıq!
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +994502653634; +994502509517
Email: [email protected]