Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən, hər il 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
Bu gün xalqımızın müstəqillik, azadlıq və dövlətçilik əzminin təntənəsidir. 2023-cü il 20 sentyabrda əldə olunan tarixi Qələbə ilə Azərbaycanın suverenliyi tam bərpa edilmiş, dövlət bayrağımız ölkəmizin bütün ərazilərində əzəmətlə dalğalanmışdır.