Dəyərli izləyicilər,
ATMİA ölkənin tikinti sektorunun mötəbər BakuBuild 2025 sərgisinin rəsmi tərəfdaşıdır. 14-16 oktyabr tarixlərində Baku Expo Mərkəzində keçiriləcək, beynəlxalq status daşıyan sayca 30-cu BakuBuild 2025 sərgisində ATMİA-nın tərəfdaş olaraq iştirakı və ATMİA üzvləri üçün təqdim olunacaq xüsusi imkanlar onlayn rejimində bu gün müzakirə olundu. BakuBuild 2025 sərgisində stend ilə iştirak etmək istəyən üzvlərimiz ATMİA ilə 10 iyul tarixinə kimi əlaqə saxlaya bilərlər.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az