28 oktyabr 2026-cı il tarixində Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında onlayn görüş keçirilib.
Görüş çərçivəsində tikinti materialları sektorunda fəaliyyət göstərən sahibkarlar üçün maliyyə və bank xidmətləri ilə bağlı aktual məsələlər müzakirə olunub, iştirakçıların sualları cavablandırılıb və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
ATMİA üzvlərinin biznes fəaliyyətinin dəstəklənməsi və maliyyə institutları ilə əlaqələrin genişləndirilməsi istiqamətində bu cür görüşlərin davam etdirilməsi nəzərdə tutulur.
📞 Ətraflı məlumat üçün: (010) 250-03-24

