Dəyərli izləyicilər,
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası “Qarabağ KOB-ları layihəsi”nin 2025-ci il icrasına dair keçirilən tədbirdə iştirak edib. KOBİA, Dövlət Məşğulluq Agentliyi, “İnkişaf Korporasiyası” QSC və Milli Təhsil Texnologiyaları Mərkəzinin tərəfdaşlığı, “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə reallaşan layihə qazilər, müharibə iştirakçıları və şəhid ailələrinin məşğulluğuna dəstək məqsədi daşıyır. Layihə 2025-ci ildə Bakı, Abşeron, Sumqayıt, Gəncə, Goranboy, Mingəçevir, eləcə də Füzuli, Xocalı, Laçın və Şuşanı əhatə edib. Bu il 100 iştirakçı biznes və peşə təlimlərinə cəlb olunaraq avadanlıqlarla təmin olunub, layihəyə isə indiyədək ümumilikdə 220 nəfər qatılıb. Tədbirdə rəsmi çıxışlar, layihənin icrasına dair videoçarxın nümayişi və şəhid övladlarının rəsm əsərlərinin xeyriyyə auksionu da keçirilib.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az