Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təşkil olunan “Karyera və İnkişaf Həftəsi” çərçivəsində keçirilən Karyera Sərgisində Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) üzv şirkətləri ilə birlikdə iştirak etdi. Tədbir çərçivəsində tələbə və məzunlara tikinti sektoru üzrə mövcud vakansiyalar, təcrübə proqramları və karyera imkanları barədə ətraflı məlumat təqdim olunub. ATMİA nümayəndələri gənclərlə birbaşa ünsiyyət quraraq onların peşəkar inkişafı və əmək bazarına inteqrasiyası istiqamətində fikir mübadiləsi aparıblar. Sərgi zamanı assosiasiyanın üzv şirkətləri tərəfindən sektorun perspektivləri, ixtisas tələbləri və gələcək əməkdaşlıq imkanları diqqətə çatdırılıb. ATMİA hər zaman gənc mütəxəssislərin inkişafını dəstəkləyərək, təhsil və biznes sektoru arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə davam edir.