Hörmətli sahibkarlar,
18 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib.
Ölkənin iqtisadi inkişafı və beynəlxalq əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu platformada ATMİA İdarə Heyətinin sədri, “Matanat A” Şirkətinin Müşahidə Şurasının sədri, professor Elxan Bəşirov iştirak edib.