Dəyərli izləyicilər,
Bu gün Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin "Elektrik xəttlərinin quraşdırılması və təmiri üzrə mütəxəssis" ixtisasının tələbələrinin tanışlıq turu ATMİA üzvü Caspian Cable Systems zavoduna təşkil edilib. Tələbələr zavodun iş prinsipləri və texnoloji prosesləri barədə ətraflı məlumatlandırılıb. Sözügedən təhsil müəssisəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan bu cür tədbirlər tələbələrə mürəkkəb istehsal proseslərini daha dərindən başa düşməyə, müxtəlif tikinti materiallarının yaradılmasına sərf olunan əməyin qiymətləndirməyə imkan verir, həmçinin, peşəkar kadr hazırlığında önəmli rol oynayır.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az