Dəyərli izləyicilər,
25.06.2025-ci il tarixində ATMİA üzvlərinin Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin səlahiyyətli nümayəndələri ilə görüşü keçirilib. Görüşdə FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini, əməkdar memar Elxan Əsədov, Elm, tikinti və smeta normaları şöbəsinin müdiri Elbrus Əliyev, həmçinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin Konstruksiya şöbəsinin mütəxəssisi, professor və əməkdar mühəndis Lətif Zeynalov, S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun Texniki şöbəsinin mütəxəssisi Anar Ağayev iştirak etmişlər. Tədbir zamanı tikinti sahəsində təhlükəsizlik standartları, normativ tələblər və nəzarətə dair üzvlərimizi maraqlandıran suallarına ətraflı cavablar verilib. Tikintidə qarşılaşılan çətinliklər barədə məlumatlar diqqətlə dinlənildi, bir neçə məsələ yerində həllini tapdı. Maraqlı müzakirələrlə dolu olan tədbirin sonunda ələqələndirici şəxslər müəyyən olunarak, ATMİA və Agentlik arasında sıx əməkdaşlığa qərar verildi.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az