Bu gün Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) ofisində tamhüquqlu üzvümüz Baku Engineering Supplies şirkəti ilə ATMİA arasında məhsuldar görüş keçirilib.
Görüş çərçivəsində ATMİA ilə Baku Engineering Supplies arasında gələcək əməkdaşlıq imkanları, birgə həyata keçirilə biləcək layihələr, təşkil olunacaq tədbirlər, eləcə də sahədə mövcud problemlər və onların həlli istiqamətində ortaq təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.
ATMİA üzv şirkətlərlə əməkdaşlığın gücləndirilməsi, sektorun inkişafına töhfə verəcək təşəbbüslərin dəstəklənməsi və sahibkarların maraqlarının qorunması istiqamətində fəaliyyətini davam etdirir.