30 avqust 2024-cü il tarixində ATMİA üzvü DİZAYN LİFT MMC-nin sponsorluğu ilə Başkent restoranında işgüzar səhər yeməyi təşkil olunub. Görüş zamanı DİZAYN LİFT MMC-nin rəhbəri distribyutoru olduğu tanınmış Cənubi Koreya brendi olan SINO HYUNDAI liftləri, binalarda liftlərin ağıllı idarəetməsi və bu sahədə son innovasiyalar barədə məlumat paylaşıb. Bundan əlavə ölkəmizdə tikinti və inşaat sektorunun inkişafı üçün ATMİA Baş katibi Şahanə Sarının iştirakı ilə produktiv müzakirələr aparılıb.
Tədbirdə iştirak edən şirkətlərə təşəkkür edir, üzvümüz DİZAYN LİFT MMC şirkətinə yeni uğurlar arzu edirik!
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +994502653634; +994502509517
Email: info@atmia.az