12 oktyabr tarixində Azərbaycan Tikinti Materialları Assosiasiyasının (ATMİA) üzvləri və Dövlət Vergi Xidmətinin nümayəndələri arasında növbəti görüş keçirildi.
Dövlət Vergi Xidmətinin nümayəndələri, Baş dövlət vergi müfəttişi Yunis Quliyev, Dövlət vergi müfəttişi Şaiq Məmmədov tərəfindən vergi sistemində aparılan islahatlar, vergi inzibatçılığı və vergi qanunvericiliyi barədə tədbir iştirakçılarına məlumat verilib.
Daha sonra sahibkarların qarşılaşdıqları problemlər dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.
Siz də ATMİA-ya üzv olmaq istəyirsinizsə aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz: