Dəyərli izləyicilər,
Bu gün ATMİA üzvlərinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini və aidiyyəti idarələrin nümayəndələrindən ibarət tərkibdə heyətin iştirakı ilə dəyirmi masa görüşü keçirilmişdir. Tədbir zamanı gömrük rəsmiləşdirilməsi ilə bağlı həyata keçirilən yeniliklər və görüləcək işlər barədə ATMİA üzv şirkət rəhbərlərinə ətraflı məlumatlar verildi, həmçinin, ATMİA üzvlərinin çoxsaylı sualları cavablandırıldı və müraciətləri qeydə alındı. Maraqlı müzakirələrlə dolu olan tədbirin sonunda ATMİA üzvlərinin məlumatlandırılması və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə bu növ görüşlərin gələcəkdə də davam etdirilməsinə qərar verilmişdir.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az