Dəyərli izləyicilər,
18.06.2025-ci il tarixində Bakı Expo Mərkəzində keçirilən 6-cı “Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə ATMİA üzvləri həm ziyarətçi qismində iştirak etdilər, həm də stend ilə təmsil olundular. Sərgidə Enerji-N MMC, İnes Precast, İsfa Group və digər tərəfdaş üzv şirkətlərimizin stendləri ziyarət olundu, təqdim edilən məhsul və xidmətlər haqqında ətraflı məlumatlar alındı. Üzvlərimiz yeni işgüzar əlaqələr quraraq, əməkdaşlıq imkanlarını əldə etdilər. Tədbirdə iştirak edən ATMİA üzvlərimizə təşəkkür edir, sərgidə təmsil olunan üzvlərimizə isə uğurlar arzu edirik.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az
www.atmia.az