Dəyərli izləyicilər,
Bu gün Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “ATMİA” Emalatxanasında ATMİA-nın tərəfdaş üzvü Dinamik Yapı MMC-nin direktoru Rövşən Zamanlı “Peşə Təhsilində Professional İnkişafın Təşviqi” adlı mühazirə ilə tələbələr qarşısında çıxış etdi. İki saata yaxın keçirilən görüşdə tələbələrə müasir tikinti sektorundakı tələblər, işəgötürənlərin gözləntiləri və peşəkar inkişaf barədə təlim keçirildi. Tədbirin sonunda gənclərin çoxsaylı suallarına cavablar verildi.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az