03 iyun 2024-cü il tarixində Dubay Ticarət Palatası tərəfindən müəyyən edilmiş B.Ə.Ə. üzrə biznes ekspert Zülfiyyə Xəlilovanın ATMİA üzv şirkət rəhbərləri ilə B2B görüşləri baş tutmuşdur. ATMİA ofisində üzvlərimizə B.Ə.Ə-də şirkətin təsis edilməsi, habelə, istehsalat, tikinti, investisiya imkanları sahəsində və məhsulların BƏƏ-də satışının təşkili ilə bağlı ətraflı məlumatlar verildi, sahibkarları maraqlandıran suallara cavab verildi. Dubayda və B.Ə.Ə-nin digər şəhərlərdə şirkət qurmaq və ixrac etmək marağında olan bütün üzvlərimizə xidmət etməyə hazırıq.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +994502653634; +994502509517
Email: info@atmia.az