Dəyərli izləyicilər,
30 yanvar tarixində ATMİA və Azərbaycan Respublikası Memarlar İttifaqı arasında görüş keçirilib. İttifaqın İdarə Heyətinin sədri, “Şöhrət, “Şərəf” və “Əmək” ordeni lauretı, 150-dən artıq memarlıq layihəsinin müəllifi, professor Elbay Qasımzadə ATMİA ilə yaxından əməkdaşlıq etmə təşəbbüsünü yüksək qiymətləndirib. Görüş zamanı memarlar üçün illik tədbirlər planı müzakirə edilib və 2025-ci ildə sektorda yeni cığır açacaq layihə formatları müzakirə edilib. Baş katib Şahanə Sarı sonda səmimi qarşılama və verilən təkliflərə müsbət rəy üçün təşəkkürünü bildirib.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: [email protected]