Dəyərli izləyicilər,
22 oktyabr 2025-ci il tarixində Landmark Biznes Mərkəzində baş tutan, “LEF Network Azerbaijan” layihəsinin 6-cı ticarət missiyası çərçivəsində Finlandiya, Latviya və Estoniyanın aparıcı şirkətləri ilə B2B görüşlər keçirildi.
ATMİA üzvlərinin də iştirak etdiyi görüşlərdə müxtəlif sahələrdə fəaliyyət göstərən yerli və xarici şirkət nümayəndələri bir araya gələrək, əməkdaşlıq imkanlarını müzakirə edib, ixrac və idxal potensialını artırmaq, həmçinin texnoloji və innovativ tərəfdaşlıqlar qurmaq istiqamətində danışıqlar aparıldı.
Bu cür təşəbbüslər ölkəmizin biznes mühitinin beynəlxalq əlaqələrinin gücləndirilməsinə, yerli şirkətlərin qlobal bazarlara inteqrasiyasına və qarşılıqlı iqtisadi inkişafın təşviqinə mühüm töhfə verir.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az