Bakıda Azərbaycan–İsrail biznes forumu keçirilib.
Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin xarici işlər naziri Gideon Saar, o cümlədən hər iki ölkədən olan iş adamları iştirak ediblər. Tədbir çərçivəsində İsrail şirkətlərinin təqdimatları nümayiş olunub, həmçinin B2B və B2G formatında görüşlər təşkil edilib. ATMİA-nın Baş katibi və üzvlərindən ibarət nümayəndə heyəti forumda iştirak edərək əməkdaşlıq imkanları və sənaye üzrə potensial istiqamətləri müzakirə ediblər.
