1 oktyabr 2024-cü il tarixində Bakıda ATMİA üzvlərinin iştirakı ilə Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 5-ci iclası keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının təşkilatçılığı ilə keçirilən iclasda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli, Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının İdarə Heyətinin sədri Həsən Əl-Huvaizi, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev iştikar ediblər. Hər iki ölkədən rəsmi şəxslər iki ölkə arasında iqtisadi-ticarət əlaqələri, investisiya qoyuluşu və ixrac imkanları barədə fikirlərini bölüşüblər. İşgüzar dairələr arasında ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri, Azərbaycanda yerli və xarici iş adamlarına göstərilən dəstək və xidmətlər, İşgüzar Şuranın fəaliyyəti barədə məlumat veriblər.
İclasda iştirak edən ATMİA üzvlərinə təşəkkür edirik!
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +994502653634; +994502509517
Email: [email protected]