Dəyərli izləyicilər,
Bu gün Fairmont otelində Azərbaycan-İspaniya biznes forumu keçirilib. Dövlət rəsmiləri, o cümlədən İspaniya Ticarət müşaviri İnmaculada Riera, Azərbaycanın İspaniyada səlahiyyətli səfiri cənab Ramiz Həsənov və ATMİA üzvləri forumda iştirak edib. Dövlət dəstəyi ilə İspaniya şirkətləri ilə daha sıx əməkdaşlıq imkanlarının müzakirəsi, həmçinin Azərbaycana investisiya qoyulması mövzuları ATMİA baş katibi tərəfindən ticarət müşavirliyinə və aidiyati qurumlara təklif olunub. Təklif müsbət qarşılanıb. Daha detallı məlumat irəliləyən günlərdə təqdim olunacaq.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: [email protected]