12 mart tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik” mövzusunda tədbir baş tutub.
Tədbirdə dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarlıq subyektlərinin və media nümayəndələrinin iştirakı ilə istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud vəziyyət, beynəlxalq təcrübə və müasir çağırışlar müzakirə edilib.
Bu kimi təşəbbüslər istehlakçı hüquqlarının qorunması istiqamətində maarifləndirmənin artırılmasına və aidiyyəti tərəflər arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verir. Tədbirdə ATMİA baş katibi və üzvləri də yaxından iştirak etdilər.




