15 may 2024-cü il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin İcraçı direktoru Şahmar Kərimov və ATMİA-nın Baş Katibi Şahanə Sarı arasında online görüş baş tutub. Görüş zamanı ATMİA-nın üzv şirkətlərinin məhsullarının BƏƏ-də satışını təşkil etmək və sahibkarlar arasında bu sahədə əlaqələrin genişləndirilməsi istiqamətləri müzakirə olundu.
Qeyd edək ki, Dubaydakı Azərbaycan Ticarət Evi Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, Azərbaycanda istehsal edilən məhsulların ixracının təşviqi və genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması, satışının təşkili və əlaqələndirilməsi məqsədilə yaranıb.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +994502653634; +994502509517
Email: info@atmia.az