Bu gün ATMİA-nın baş katibi Şahanə Sarı ilə Yaponiyanın Pacific Consultants şirkətinin vitse prezidenti Kannami Yasuo arasında onlayn toplantı keçirilib. Görüş zamanı Azərbaycanda zəlzələyə davamlı binaların tikilməsi ilə bağlı Yaponiya-Azərbaycan inşaat şirkətləri arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Görüşün nəticələri ilə bağlı yaxın günlərdə daha ətraflı məlumat paylaşılacaq.
+994502653634