Dəyərli izləyicilər,
11 dekabr tarixində Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının tamhüquqlu üzvü VEKA şirkətinin “Yeni nəsil giriş qapıları”na həsr olunmuş təqdimat tədbiri keçirildi. Tədbirdə ATMİA-nın baş katibi, əməkdaşları və üzvləri iştirak edərək yeni məhsul xətti ilə bağlı təqdimatları izlədilər. İştirakçılar innovativ həllərin sənaye üçün yaratdığı imkanlar barədə müzakirələr apardılar. Tədbir tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və tikinti materialları sektorunda yeniliklərin təşviqi baxımından əhəmiyyətli platforma oldu. VEKA Rus və VEKA AG, beynəlxalq VEKA qrupunun tərkibində fəaliyyət göstərərək PVC pəncərə və qapı profilləri üzrə qabaqcıl texnologiyaları regiona təqdim edən aparıcı istehsalçılardandır.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az