6 mart 2024-cü il tarixində ATMİA-nın Baş katibi Şahanə Sarı Dubay Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sənan Nəsibli ilə görüşüb. Görüşdə Birləşmiş Ərəb Əmirliyinin və Azərbaycanın tikinti sektoru sahibkarlığına dəstək, həmçinin, ölkələr arasında inşaat sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə edildi. Nəticə olaraq, 2 təşkilat arasında daha aktiv və sıx əməkdaşlığa razılıq əldə olundu, yaxın gələcəkdə birgə uğurlu layihələrin həyata keçirilməsinə qərar verildi.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +994502653634; +994502509517
Email: info@atmia.az