Dəyərli izləyicilər,
27.05.2025-ci il tarixində, Bakı KOB Evində ATMİA-nın Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası (ANEŞA) ilə birgə “Yük daşımalarda risklərin aradan qaldırılması” mövzusunda dəyirmi masa tədbiri keçirildi.
Tədbirdə yük daşımalarında rast gəlinən çətinliklər və onların həlli yolları müzakirə olundu. ATMİA üzvlərinə yüklərin problemsiz və təhlükəsiz şəkildə keçidi ilə bağlı ANEŞA ekspertləri məlumatlar verdi. Dəyirmi masada iştirak edənlərə təşəkkür edirik və bildiririk ki, üzvlərimizi maraqlandıran mövzularla bağlı faydalı tədbirlər davamlı olaraq keçiriləcək.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az