Dəyərli izləyicilər,
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA), "Matanat A" Şirkəti və Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında qurulan qarşılıqlı əməkdaşlıq çərçivəsində birgə təlim proqramı həyata keçirilmişdir.
Proqram çərçivəsində “Matanat A” Şirkətinin nümayəndələri müəssisənin istehsal etdiyi MİRVANA boyalarının tətbiq sahələri və istifadə qaydaları haqqında Mərkəzin “Quru inşaat işləri” ixtisası üzrə təhsil alan tələbələrə praktiki və nəzəri təlim keçmişlər.
Təlimin sonunda iştirakçılar əldə etdikləri bilik və bacarıqları təsdiq edən sertifikatlarla təltif edilmişlər.
Bu əməkdaşlıq peşə təhsili ilə sənaye arasında əlaqələrin gücləndirilməsi, gənc mütəxəssislərin tikinti sektoruna peşəkar şəkildə inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az

