İstanbulda Ulu Öndər Heydər Əliyevin və Turkiyə Respublikasının 100 illiyinə həsr olunmuş “İş dünyası - 100 ilin zirvəsi” adlı biznes forum-sərgisi keçirilib. Tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və MÜSİAD Azerbaycanın təşkilatçılığı, bir çox yerli şirkətlərin sponsorluğu ilə baş tutub. Panel müzakirələr formatında təşkil olunan tədbirdə 2 panel üzərindən müzakirələr aparılıb. İştirakçılar tədbir çərçivəsində təşkil olunan sərgi ilə də tanış olublar. Sərgidə kənd təsərrüfatı, İKT, tikinti və inşaat, xidmət, daşınmaz əmlak, turizm və hotelçilik, qida sənayesi, mebel istehsalı, reklam və poliqrafiya sahələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin məhsul və xidmətləri nümayiş olunub. Tədbirdə MÜSİAD sədri Mahmut Asmalı tərəfindən qonaq spikerlər və təşkilatçılara Yetimlik Hamisi Sertifikatı hədiyyə edilib. Həmçinin tədbirin sponsorlarına təşkilatçılar tərəfindən Təşəkkürnamələr təqdim edilib.
+994502653634