Dəyərli izləyicilər,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 fevral 2021-ci il tarixli Fərmanı ilə İqtisadi Şura yaradılmışdır.
İqtisadi Şuranın 11 aprel 2025-ci il tarixli Qərarına əsasən Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi qrupu yaradılmışdır. ATMİA İdarə Heyətinin sədri Elxan Bəşirov sözügedən İşçi qrupunun tərkibində olan Sənaye sahəsində sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üzrə Altqrupunun Koordinasiya Qrupuna rəhbərlik edir. Qeyd olunanları nəzərə alaraq tikinti sənayesi fəaliyyətinizdə qarşılaşdığınız maneə varsa, bununla bağlı təkliflərinizlə ATMIA ilə əlaqə saxlamağınız xahiş olunur:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az