Sosial Mediada bizi izlə:

ÜZV OLUN

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası

Birliyin məqsədi ölkədə tikinti materialları istehsalına dəstək vermək, tikinti materialları sənayesinin inkişafı istiqamətində dövlət tərəfindən iqtisadi və sosial inkişaf sahəsində həyata keçirilən tədbirləri təbliğ etməkdir.

Assosiasiya haqqında

Vahid Azərbaycan stendi adı altında yerli şirkətlərin istehsal etdikləri tikinti matetiallarının beynəlxalq bazarlarda tanıtımı və satışı

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası ümumi maraqlara xidmət edən, könüllülük, üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan ictimai birlikdir.

250+

Assosiasiyan üzvlərin sayı daim artırmaqdadır

10+

Tikinti istehsalçılarının inkişafı üçün planlaşdırılmış tətbirlər

20

Bazarın əsas oyunçuları assosiasiyanın tərkibindədi

Assosiasiyanınüzvləri

Azərbaycanın yüzlərlə aparıcı tikinti şirkətləri və tikinti materialları istehsalçıları ATMİA-nın üzvüdür

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA)

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası ümumi maraqlara xidmət edən, könüllülük, üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan ictimai birlikdir.

Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ hüquqi aktlar və bu nizamnamə əsasında həyata keçirir.

ATMİA 2017-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan etibarən hüquqi şəxs statusunu alıb. Hal-hazırda Azərbaycanın yüzlərlə aparıcı tikinti şirkətləri və tikinti materialları istehsalçıları ATMİA-nın üzvüdür.

Vahid Azərbaycan stendi adı altında yerli şirkətlərin istehsal etdikləri tikinti matetiallarının beynəlxalq bazarlarda tanıtımı və satışı

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) məqsədi yerli tikinti materialları istehsalçılarının dəstəklənməsindən, tikinti materiallarının keyfiyyətinin və qiymətlərinin münasibliyinin yoxlanılmasından, bazarın təhlükəsizliyinin təmin edilməsindən, yeni texnologiyaların və beynəlxalq standartların tətbiqindən, tədqiqatların aparılmasından, iqtisadi və sosial inkişaf sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərin təbliğ edilməsindən ibarətdir.

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının dövlət, bələdiyyə orqanları və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, elmi araşdırmalar aparmaq, qanunvericiliyə müvafiq qaydada mətbuat nəşrlər dərc etmək, ölkə daxilində və xaricdə fəaliyyət göstərən müxtəlif qeyri-hökumət təşkilatları ilə, həmçinin regional və beynəlxalq qurumlarla əlaqə quraraq birgə layihələr həyata keçirir müxtəlif kurslar, seminarlar, dəyirmi masalar, elmi araşdırmalar və görüşlər təşkil edir.

Assosiasiyanın prioritet məqsədlərindən ən başlıcası «Made in Azerbaijan» vahid Azərbaycan stendi adı altında yerli şirkətlərin istehsal etdikləri tikinti materiallarının beynəlxalq bazarlarda tanıtımı və satışına dəstək göstərilməsindən ibarətdir. 

Nizamnamə yüklə

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası ictimai birliyi 2017-ci ildə yaradılmışdır

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası ictimai birliyi (bundan sonra – Birlik adlandırılacaq) 2017-ci ildə yaradılmışdır. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.

Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu əldə edir. Birliyinn müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.

Nizamnamə yüklə
Tərəfdaşlar

Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası peşəkar idarə heyəti və işçi strukturu

Elxan Bəşirov

Azərbaycan Tikinti Materialları İstehsalçıları İctimai Birliyinin İdarə Heyətinin sədri

Şahanə Sarı

Baş katib

Nihad Haqverdiyev

Üzvlərlə iş şöbəsinin müdiri

Mirdamət Ərəbov

Üzvlərlə iş üzrə mütəxəssis

Təranə Əliyeva

Sənədləşmə üzrə mütəxəssis

Elxan Bəşirov

Azərbaycan Tikinti Materialları İstehsalçıları İctimai Birliyinin İdarə Heyətinin sədri

Şahanə Sarı

Baş katib

Nihad Haqverdiyev

Üzvlərlə iş şöbəsinin müdiri

Mirdamət Ərəbov

Üzvlərlə iş üzrə mütəxəssis

Təranə Əliyeva

Sənədləşmə üzrə mütəxəssis