Azərbaycanda səfərdə olan Özbəkistan biznes nümayəndələri ilə görüş çərçivəsində iqtisadi tərəfdaşlığın genişləndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.
Bununla əlaqədar İqtisadiyyat Nazirliyində keçirilmiş tədbirdə Mətanət A Şirkətinin Müşahidə Şurasının sədri cənab Elxan Bəşirovun iştirakı ilə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi ilə "Mətanət A" şirkəti arasında əməkdaşlığa dair sənədlər imzalanıb. Sənədlər müvafiq olaraq quru tikinti qarışıqları, gipskarton istehsalı layihələrini əhatə edir.