13 sentyabr tarixində Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) nümayəndələri Türkiyə İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) İdarə heyətinin sədri Hüseyn Büyükfıratla görüş keçirib.
Görüş zamanı gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
Sonda TÜİB sədri Hüseyn Büyükfırata Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) Fəxri üzvlüyü təqdim edilib.
Xatırladaq ki, Misir Ərəb Respublikasının, Qətər Dövlətinin, Yaponiya Dövlətinin, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirləri, o cümlədən akademik, millət vəkili Ziyad Səmədzadə və s. ziyalı şəxslər ATMİA-nın Fəxri üzvləridir.