Hörmətli sahibkarlar,
Bakı Expo Mərkəzində keçirilən 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi çərçivəsində ATMİA nümayəndələri Assosiasiyanın üzv şirkətlərinin stendlərini ziyarət edərək təqdim olunan məhsul və xidmətlərlə yaxından tanış oldular. Sərgi zamanı Enerji-N MMC, İnes Precast, Betonist və digər tərəfdaş üzv şirkətlərimizin fəaliyyətləri ilə bağlı ətraflı məlumat əldə olunub, qarşılıqlı fikir mübadiləsi aparıldı.
Tədbir üzv şirkətlərimiz üçün yeni işgüzar əlaqələrin qurulması, əməkdaşlıq imkanlarının genişləndirilməsi və yerli istehsal potensialının nümayiş etdirilməsi baxımından mühüm platforma olub.
ATMİA olaraq sərgidə iştirak edən bütün üzvlərimizə fəaliyyətlərində yeni uğurlar arzulayırıq.



