Dəyərli izləyicilər,
1 may tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən Karyera Sərgisində ATMİA üzv şirkətləri ilə birgə iştirak edib. Matanat A, Penetron Azərbaycan, Dashyunu.Az, Man G Construction, Mage Group Construction, Qala Group, SMTS və digər şirkət nümayəndələri tələbələrə vakansiyalar və təcrübə imkanları barədə məlumat verib, onların suallarını cavablandırıblar.
Sərgidə iştirak edən üzvlər ATMİA-nın təhsil sahəsindəki rolu və gənclərin praktiki bacarıqlarının inkişafına verdiyi dəstək vurğulanıb.
İştirak edən ATMİA üzvlərinə təşəkkür edirik!
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az