Sizi 25 aprel – Sahibkarlar günü münasibətilə səmimi qəlbdən təbrik edirik!
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 21 aprel 2016-cı il tarixli Sərəncamı ilə hər il “Sahibkarlar günü”nün qeyd olunması ölkə başçımızın sizə olan xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Ölkə iqtisadiyyatının inkişafında, yeni iş yerlərinin yaradılmasında və innovativ yanaşmaların tətbiqində sizin rolunuz əvəzsizdir. Zəhmətiniz, təşəbbüskarlığınız və əzminiz dayanıqlı inkişafın əsas sütunlarından biridir.
ATMİA olaraq bütün sahibkarların fəaliyyətlərində uğurlar, davamlı inkişaf və yeni nailiyyətlər arzulayırıq!