Bu gün, 31 oktyabr 2025-ci il tarixində, Hilton Baku Hotel-də İstanbul Sənaye Palatası (İSO) Məclisi üzvlərinin Bakıya səfəri çərçivəsində B2B görüşlər baş tutdu.
Tədbirdə Türkiyənin aparıcı şirkətləri ilə Azərbaycan iş adamları arasında ikitərəfli işgüzar əlaqələrin qurulması, ixrac və idxal imkanlarının genişləndirilməsi istiqamətində danışıqlar aparıldı.
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının nümayəndələri də görüşlərdə aktiv iştirak edərək, Assosiasiyanın fəaliyyəti, üzvlərinin məhsul və xidmətləri haqqında məlumatlar təqdim etdilər, həmçinin Türkiyə şirkətləri ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə etdilər.
Bu tədbir iki ölkə arasında sənaye və ticarət əlaqələrinin dərinləşməsinə xidmət etməklə yanaşı, yeni biznes tərəfdaşlıqlarının formalaşmasına zəmin yaratdı.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az
 
         
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                   
                  