ATMİA -ya üzv sahibkarlar Qırğız Ticarət Evinin açılış mərasimində iştirak ediblər.
Tədbirdə Qırğızıstan Respublikasının Azərbaycandakı səfiri Maksat Mamıtkanov, iş adamları və müxtəlif biznes dairələrinin nümayəndələri iştirak ediblər.
Görüş çərçivəsində Azərbaycan və Qırğızıstan arasında biznes əlaqələrinin inkişafı, sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və qarşılıqlı ticarət imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Qırğız Ticarət Evinin fəaliyyətə başlamasının iki ölkənin biznes ictimaiyyəti arasında əlaqələrin gücləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına töhfə verəcəyi vurğulanıb.