Dəyərli izləyicilər,
Bu gün Sheraton Baku Intourist Hotel-də ATMİA-nın tam hüquqlu üzvü olan Dashyunu.az şirkətinin “İnnovativ İnşaat Qarışıqları” adlı təqdimat tədbiri keçirildi. Tədbirdə ATMİA üzvü olan tikinti və layihə-smeta şirkətlərinin rəhbərləri iştirak etdi. İştirakçılara üzvümüzün yeni məhsulları, onların tətbiq sahələri və inşaat proseslərində yaratdığı üstünlüklər haqqında ətraflı məlumat verildi. ATMİA sizin üçün B2B, B2G görüşləri, xidmət və məhsullarınızı şirkət rəhbərlərinə təqdimat tədbirlərinin yüksək səviyyədə təşkil edə bilər. Bununla bağlı ATMİA-ya müraciət edə bilərsiniz.
ATMİA-ya üzv olmaq üçün:
Tel.: +99450 265 36 34; +99410 250 03 24
Email: info@atmia.az