05.09.2024-cü il tarixində ATMİA üzvlərinin iştirakı ilə "Türk Dövlətlərinin ticari gücü və Türk Ticarət Sərgisinin gətirəcəyi fürsətlər" mövzusunda konfrans keçirilmişdir. İstanbulda təşkil olunacaq Türk Ticarət sərgisi barədə konfrans iştirakçılarına məlumatlar verildi və Azərbaycan sahibkarlarının digər qardaş türk ölkələrinin işgüzar nümayəndələri ilə birgə sözügedən sərgidə aktiv iştirakların vacibliyi xüsusilə vurğulandı.