Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası “KazBuild 2023” sərgisində iştirak edib. Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası 6-8 sentyabr 2023-cü il tarixində Orta Asiyanın ən böyük inşaat sərgisi olan “KazBuild 2023” sərgisində vahid ölkə stendi ilə iştirak edib. Assosiasiya üzvlərinin təqdim etdiyi ekoloji sağlam inşaat materialları yerli qazaxıstanlı sahibkarlarla yanaşı, rus, özbək, qırğız və s. ölkələrdən olan iş adamlarının da diqqətini çəkib. Qeyd edək ki, ATMİA Azərbaycanın qabaqcıl inşaat materialları istehsalçıları və inşaat şirkətlərini özündə birləşdirir. Üzvlərinin ixracat potensialını artırmaq üçün sistemli işlər görməkdədir.
KazBuild 2024 sərgisinə qeydiyyat : +994 55 232 07 81
Email: [email protected]