28 May 1918-ci il Azərbaycan xalqının dövlətçilik tarixində mühüm dönüş nöqtəsi kimi yadda qalmış, Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyulmuşdur.
Bu əlamətdar gün milli müstəqilliyimizin, azadlıq iradəmizin və dövlətçilik ənənələrimizin rəmzidir.
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası (ATMİA) olaraq 28 May – Müstəqillik Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizin daim inkişaf, tərəqqi və rifah yolunda irəliləməsini arzulayırıq.
Müstəqilliyimiz əbədi və sarsılmaz olsun!