Quru və maye inşaat qarışıqları üzrə regionun qabaqcıl istehsalçısı olan “Matanat A” Şirkətlər Qrupu Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə 3-5 sentyabr 2025-ci il tarixlərində təşkil olunan “KazBuild 2025” Beynəlxalq İnşaat sərgisində iştirak edib.
“Made in Azerbaijan” ölkə stendində uğurla təmsil olunan “Matanat A” Şirkətlər Qrupuna məxsus #MATANAT, #AZWOOL, #SHPAK, #İzoLatexe, #Mirvana, #ROKOL, #MUTLU və s. brendləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, hazırda şirkət 4 sistem, 27 məhsul qrupu üzrə 200-dən çox ticarət markasına malikdir və 3000-ə yaxın məhsul çeşidi istehsal edir. 25 ildir uğurla fəaliyyət göstərən şirkət qloballaşaraq "MATANAT" ticarət markası adı altında istehsal etdiyi məhsullarını Qazaxıstan, Gürcüstan, İraq, Ukrayna, Özbəkistan və digər xarici ölkələrə ixrac edir.